“Apple” şirkəti Hindistandakı istehsalı artırmağı planlaşdırır | Banco.az

“Apple” şirkəti Hindistandakı istehsalı artırmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” “iPhone” smartfonlarının 25 faizini Hindistanda istehsal etmək istəyir.

Banco.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət naziri Piyuş Qoyal bazar ertəsi məlumat yayıb.

O, bildirib ki, “Apple” artıq istehsalının təxminən 5-7 faizini Hindistanda həyata keçirir və hasilatın 25 faizə qədər artırılması planlaşdırılır.

Xatırladaq ki, “Apple” keçən il “iPhone 14” modelini Hindistanda yığmağa başlamışdı. Belə ki, şirkət 2017-ci ildən bu ölkədə istehsal həyata keçirsə də, bunlar adətən köhnə modellər olurdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et