Apple şirkəti FaceTime ilə bağlı səhvi etiraf etdi | Banco.az

Apple şirkəti FaceTime ilə bağlı səhvi etiraf etdi

Apple şirkəti FaceTime  tətbiqinin istifadəsi zaman səhvin ortaya çıxdığını etiraf etdi. Bu barədə şirkət nümayəndiliyi Reuters agetliyinə məlumat verib.

Apple şirkətinin nümayəndəsinin sözlərinə görə, FaceTime modulunun istifadəsində yaranan nasazlıq, tezliklə aradan qaldırılacaq. Belə ki, bu həftədən gec olmayan bir müddətdə yeni proqram təminatı təqdim ediləcək.  Lakin, Apple şirkəti nasazlığı nə zaman aşkar etdiyi barədə məlumat verməyib. 

İlk olaraq modulun düzgün qaydada işləməməsini sosial şəbəkə istifadəçiləri müəyyən edib. Daha sonra Reuters agentliyi və bir sıra digər jurnalistlər tətbiqi sınaqdan keçiriblər. Problemin xüsusi ilə qrup zəngləri zamanı baş verdiyi aşkarlanıb. Eyni zamanda modul istifadəsi zamanı yaranan nasazlıq xüsusi ilə İOS 12.1 və daha sonra təqdim edilən proqram təminat platformalarına aid edilir.

FaceTime tətbiqi üzərindən sizə zəng gəldikdə, cavab verməsəz belə səsinizin qarşı tərəfə ötürüldüyünü məlum olub. Bu isə şəxsi məlumatların təhlükəsiziliyinin təminatı üçün problem yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislər, problem aradan qaldırılana qədər FaceTime modulunu söndürməyinizi məsləhət görürlər.

FaceTime modulunu necə söndürməli:

iOS  :       “Ayarlar” – FaceTime – söndür

macOS:   FaceTime modulunu işə salmaq – menyu –FaceTime söndür (cmd + K kombinasıyasından istifadə edə bilərsiniz)

Qeyd edək ki, Apple şirkətinə yaranan problem ilə bağlı müraciət edildikdən sonra, FaceTime qrup zənglərinin istifadəsini bir müddətlik dayandırıb.

Həmçinin oxu: Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?

Ən sərfəli krediti almaq üçün müraciət et