“Apple” şirkəti əməkdaşları üçün ayrılan bonusları ləğv edib | Banco.az

“Apple” şirkəti əməkdaşları üçün ayrılan bonusları ləğv edib

Müəllif - Aida İsaq, Banco.az

Amerikanın “Apple” şirkəti xərcləri azaltmaq məqsədilə bəzi bölmələrin işçiləri üçün bonusların verilməsini dayandıra bilər.

Banco.az xəbər verir ki, məlumata görə, bu qərar işçilərin bonus ödənişlərinin həcminə və tezliyinə təsir edəcək. Bununla yanaşı, hazırda şirkət rəhbərliyi müvafiq məsələ ilə bağlı planlarını ictimaiyyətə açıqlamayıb. “Kupertino” korporasiyasının yeni işçilərin işə qəbulunu da məhdudlaşdırdığı bildirilir.

Qeyd edək ki, “Apple” şirkəti əməkdaşlarını bölmədən asılı olaraq ildə bir və ya iki dəfə bonuslarla mükafatlandırırdı. Adətən ödənişlər aprel və oktyabr ayları üçün nəzərdə tutulurdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et