“Apple” şirkəti elektrik avtomobillərinin istehsalını dayandırdı | Banco.az

“Apple” şirkəti elektrik avtomobillərinin istehsalını dayandırdı

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ-ın texnologiya nəhəngi Apple, elektrikli avtomobillər istehsal etmək səylərinə son verəcəyini və bu bölmədə çalışan bir çox işçinin məhsuldar süni intellekt layihələrinə fokuslanacağını açıqlayıb.

Banco.az xəbər verir ki, anons şirkətdəki iki menecer tərəfindən edilib.

Məlumata görə, menecerlər işçilərə layihənin sona çatdığını və komandadakı bir çox işçinin süni intellekt şöbəsinə keçəcəyini, sözügedən personalın isə məhsuldar süni intellekt layihələrinə fokuslanacağını bildiriblər.

Apple-ın elektrikli avtomobil komandasında yüzlərlə aparat mühəndisi və avtomobil dizaynerinin olduğu və bu işçilərin digər Apple komandalarında iş üçün müraciət etmələrinin mümkün olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda ixtisarların olacağı bildirilsə də, ixtisarların əhatə dairəsi bəlli deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram