"Apple" şəkərli diabetin müalicəsi üçün qurğular yaradır | Banco.az

"Apple" şəkərli diabetin müalicəsi üçün qurğular yaradır

Amerikanın "Apple" şirkəti şəkərli diabetin müalicəsi üçün qurğular yaradır.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

Bildirilir ki, mütəxəssislər, qanda qlükozanın səviyyəsini təmassız müəyyən edə biləcək qurğuların hazırlanması ilə məşğul olurlar. Söhbət xüsusi sensorların hazırlanmasından gedir.

Ən sərfəli kredit üçün müraciət et

Məxfi işləmələr Kaliforniya ştatının Palo-Alto şəhərində aparılır. Qlükozaölçəni mühəndis-biohəkimlər qrupu yaradırlar.

Mənbələrdən biri optik sensorların "Apple Watch" qurğularına quraşdırılacağını xəbər verib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et