Apple səhmləri Loop analitiklərinin tövsiyəsini yüksəltməsindən sonra rekord səviyyəyə çatıb | Banco.az

Apple səhmləri Loop analitiklərinin tövsiyəsini yüksəltməsindən sonra rekord səviyyəyə çatıb

Müəllif - Fərid İslamov - Banco.az
 Apple Inc. səhmləri bazar günü Loop Capital investisiya şirkətinin analitiklərinin tövsiyəsini “saxla”dan “al”a yüksəltməsindən sonra ticarətdə rekord maksimum səviyyəyə çatıb. Loop-un ekspertləri həmçinin Apple səhmlərinin proqnoz qiymətini 226 dollardan 315 dollara yüksəldiblər. Yeni proqnoz bazar bağlanış səviyyəsi ilə müqayisədə 25% artımı nəzərdə tutur. Bazar günü Moskva vaxtı ilə saat 19:20-də Apple səhmlərinin qiyməti 263,37 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun səviyyəsindən 4,4% yüksəkdir. Şirkətin səhmləri keçən ilin dekabrından bəri saxladığı rekord səviyyəni yeniləyib. Loop-un analitikləri gələcək iPhone modellərinə yüksək tələbatın olacağını proqnozlaşdırır və hesab edirlər ki, bu, səhmləri dəstəkləyəcək. “Baxmayaraq ki, Wall Street artıq müəyyən qədər iPhone 17 seriyasının uğurunu nəzərə alıb, biz görürük ki, Apple smartfonlarına tələbat bazar proqnozlarını 2027-ci ilə qədər xeyli üstələyə bilər”, – Loop analitiki Ananda Baruah bildirib. O qeyd edib ki, şirkət daha yüngül və qatlanan modellər daxil olmaqla yenilənmiş dizaynlar hazırlayıb, bu da tələbatı dəstəkləyəcək.

Counterpoint analitik şirkətinin məlumatına görə, ABŞ və Çində iPhone 17-nin ilk on günlük satış həcmi iPhone 16-nın eyni dövrdəki satışından 14% çox olub.

Cari ilin əvvəlindən Apple səhmləri 5,3% bahalaşıb.