iPhone-ların zəif satışlarına görə, Samsung-un Apple-dan 1 milyard ABŞ dolları alacağı haqqında məlumat yayılıb.
Apple şirkəti hələ ki rəsmi rəqəmləri açıqlamayıb.
Sistem kifayət qədər sadədir - Display Supply Chain Consultants analitiklərinin sözlərinə görə, Apple Samsung-dan OLED panellərinin əvvəlcədən razılaşdırılmış sayda alınmasını təmin edə bilməyib, buna görə də Apple, tərəfdaşına 950 milyon dolar ödəməlidir.
Qeyd edək ki, smartfonların azalan tələbatı koronavirus pandemiyası ilə əlaqəlidir. Apple smartfonlar satışının kifayət qədər uğurlu göstəricilərindən danışsa da, onun Samsung-a borclu qalmasına görə, əslində almalı şirkətin vəziyyəti elə də ürəkaçan deyil.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!