Apple rekord rüblük gəlirini açıqladı | Banco.az

Apple rekord rüblük gəlirini açıqladı

“Apple” rüblük gəlir artımının 9%-lik rekord səviyyəyə — 91,8 milyard dollara çatdığını açıqladı. Şirkətdə deyilir ki, bu, daşına bilən qurğulara və xidmətlərə, “iPhone 11”ə olan yüksək tələbata görədir.

“Apple” şirkət tarixində rüblük gəlirləri ən yüksək səviyyəyə qaldırıb. Şirkət ötən ilin dekabr ayının 28-də başa çatmış 2019-2020-ci illərin ilk maliyyə rübünün nəticələrini dərc edib. Beynəlxalq satışlar gəlirin 61%-ni təşkil edir.

Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur?

Ən sərfəli kredit üçün müraciət et

Rüblük xalis mənfəət 22,2 milyard dollara çatdı. Şirkətin baş direktoru Tim Kukun sözlərinə görə, yaxşı nəticələr əsasən “iPhone 11” və “iPhone 11 Pro”ya tələbatın artması ilə bağlıdır.

Smartfonların rüblük satış həcmi 55,96 milyard dollar təşkil edib (bir il əvvəl bu rəqəm 1,98 milyard dollar idi). Oyun və televiziya xidmətlərinə abunə şirkətə 12,7 milyard dollar (2018-ci ildə 10,8 milyard dollar), “AirPods” simsiz qulaqlıqların, “Apple Watch”un, digər cihaz və aksesuarların satışı 10 milyard dollar (bir il əvvəl 7,3 milyard dollar) gəlir gətirdi. “Mac” və “iPad” satışları müvafiq olaraq 7,4 milyard dollardan 7,2 milyard dollara və 6,7 milyard dollardan 5,98 milyard dollara düşdü.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et