Apple qurucusu Stiv Cobsun çıxışı | Banco.az

Apple qurucusu Stiv Cobsun çıxışı

Bu gün burada dunyanın ən yaxşı universitetlərinden birini bitirməniz münasibətiylə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, kollecdən məzun olmamışam və ilk dəfədir ki, məzuniyyət tədbirində iştirak edirəm.

Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Elə bu qədər. Çox deyil, yalnız üç hekayə. İlk hekayəm nöqtələri birləşdirmək haqqındadır.

Mən universitetin ilk altı ayının sonunda Reed (Rid) Kollecindən çıxdım. Lakin tamamilə üzülüşməyim daha səkkiz ay çəkdi. Niyə belə etdim?

Daha doğulmamışdan öncə başlamışdı bu. Mənim doğma anam cavan, nigahsız, universitetdən yeni məzun olmuş bir qadın idi və məni övladlığa vermək istəyirdi. O bunda israr edirdi. Məni kollec məzunu bir ailəyə övladlığa vermək istəyirdi və hər şeyi öncədən planlaşdırmışdı.

Stiv Cobs- Apple şirkətini yaradan insanBelə ki, bir hüquqşünas və arvadı tərəfindən övladlığa alınacaqdım. Yalnız gözlənilməyən bir şey oldu. Mən doğulandan sonra onlar son anda qərar verdilər ki, qız övladı arzulayırlar. Adları siyahıda olan valideynlərimə (məni övladlığa götürəcək) gecə vaxtı zəng etdilər və dedilər ki gözlənilmədən oğlan uşağı doğulub və bu uşağı istəyirlərmi? Onlar əlbəttə məni istədiklərini bildirdilər.

Mənim doğma anam daha sonra bildi ki, mənim valideyinlərim heç biri kollec məzunu deyillər və hətta atam heç məktəb belə bitirməyib. Anam lazım olan son sənədləri imzalamağı rədd etdi və yalnız bir neçə ay sonra qəbul etdi: valideynlərim söz vermişdilər ki, məni kollecə göndərəcəklər.

Bu həyatımın başlanğıcı idi. On yeddi il sonra kollecə başladım, amma seçdiyim bu kollec ən azı Stanford Universiteti qədər bahalı idi və mənim az qazanan valideyinlərimin illərlə qazandığı pullar kollec təhsilimə xərclənirdi. Altı ay sonra mən bunun bir faydası olmadığı qənaətinə gəldim.

Bilmirdim həyatım necə olacaq. Kollec təhsili mənim həyatıma bir istiqamət vermək üçün hansısa bir rol oynayacaqmı? Çünki işçi valideynlərimin bütün həyatları boyunca qazandığı pulları xərcləyirdim. Mən qərar verdim ki, kollec təhsilimi dayandırım və özümü inandırdım ki, hər şey qaydasına düşəcək.

O zaman bu qərarımdan qorxsam da, dönüb geriyə baxanda görürəm ki, bu həyatımda verdiyim ən düzgün qərar idi. Kollecdən çıxan andan məni maraqlandırmayan dərsləri dayandırdım və məni maraqlandıran dərslərə başladım.

Bu heç də romantik deyildi. Yataqxanada otağım yox idi. Dostlarımın otağında döşəmədə yatırdım. Mən kola şüşələrini beş sentə tehvil verirdim ki, yemək alım və həftədə bir dəfə yaxşı yemək yeyə bilmək üçün Hare Krişna (Hindu) məbədinə piyada təxminən 11 kilometr yol gedirdim.

Bunu sevirdim. İntiusiyama güvənərək öz seçdiyim yolda çəkdiyim əziyyət və qarşılaşdığım çətinliklərin dəyərini sonra anladım.

Stiv Cobs

İzninizlə bir nümunə gətirim:

Reed kolleci çox güman ki, o zamanlar ölkədəki ən yaxşı kalioqrafiya məktəbi idi. Universitet kampusundakı bütün divar şəkilləri, afişalar, posterlər çox gözəl naxışlarla bəzədilmişdi. Mən universiteti tərk etdiyim üçün məcburi dərsləri oxumaya bilərdim.

Ona görə də kalioqrafiya oxumaq qərarına gəldim. Naxış elminin texnikalarını, hərflərin və birləşmələrin arasındakı məsafələri işləməyi, bir sözlə gözəl naxış vurmağı öyrəndim. Bu o qədər gözəl, tarix və incəsənət baxımından o qədər zərif idi ki, elm bunu ifadə edə bilməzdi. Bu məni özünə çox cəlb edirdi.

Bütün bunların həyatımda hər hansı bir təcrübi, tətbiqi əhəmiyyəti olacağına ümid belə yox idi. Ancaq on il sonra biz Makintoş komputerini dizayn edəndə bütün bunlar mənə lazım oldu. Biz bütün bunlari Mac-da (Apple şirkətinin dizüstü kompüter modeli) birləşdirdik.

Bu gözəl tipoqrafiyalı ilk kompüter idi. Əgər kollecdə məni maraqlandıran yeganə kursu götürməsəydim bugün Mac komputerləri çoxpəncərəli ekran və kəsmə funksiyalı klaviaturaya malik olmayacaqdı. Və Windows (IBM şirkətinin kompüter əməliyyat sistemi) da Macintoşun kəşflərindən istifadə etdiyi üçün indi heç bir şəxsi komputerdə bu keyfiyyətlər olmayacaqdı.

Əgər kolleci atıb əvəzində yalnız kalioqrafiya kursunu götürməsəydim bugün istifadə etdiyimiz kompüterlərdə olan gözəl tipoqrafiya (klaviatura dizaynı) da olmayacaqdı. Əlbəttə ki, mən kollecdə oxuyanda nöqtələri gələcəyə baxaraq bu cür birləşdirmək qeyri-mümkün idi. On il sonra geriyə baxanda isə hər şey çox aydın görünür.

Bir daha deyirəm: irəliyə baxaraq nöqtələri birləşdirmək mümkün deyil. Siz yalnız dönüb geriyə baxanda onları əlaqələndirə bilərsiniz. Sadəcə inanmalısınız ki nöqtələr gələcəkdə hər nə cürsə birləşəcək. Siz nəyəsə inanmalısınız : instinktinizə, bəxtə, uğura, her nəyəsə....Bu yanaşma məni heç vaxt uğursuzluğa düçar etməyib və həyatımdakı bütün dəyişikliklərə bu səbəb olub.

Mənim ikinci hekayəm sevgi və itki haqqındadır.

Mənim bəxtim onda gətirdi ki, həyatda nəyi etməkdən zövq aldığımı tez müəyyənləşdirdim. Voz və mən Apple-yə valideyinlərimin qarajında, iyirmi yaşım olanda başladıq.

Biz çox çalışdıq və 10 il müddətinə Apple qarajda çalışan iki nəfərdən 2 milyard büdcəsi və 4000 dən artıq işçisi olan şirkətə çevrildi. Bir il keçməmişdi yaratdığımız ən mükəmməl şeyin – Macintosh-un təqdimatından. Onda mənim 30 yaşım var idi. Və sonra mən işdən çıxarıldım. İnsan özü yaratdığı bir şirkətdən necə qovula bilər?

Belə ki, Apple böyüdükcə işə bacarığına inandığım bir nəfər götürdük ki, şirkəti mənimlə birlikdə idarə etsin. İlk vaxtlar her şey yolunda idi. Ancaq sonralar məlum oldu ki, bizim gələcəyə doğru baxışlarımız fərqlidir və zamanla ayrıldıq.

Bu baş verəndə idarə heyəti onun tərəfini tutdu və mən 30 yaşımda kənarlaşdırıldım. Bu ictimaiyyətdə də əks səda doğurdu. Mənim bundan sonrakı həyatımın mərkəzi, məqsədi dağıldı və bu çəx kədərli idi.

Mən həqiqətən də ilk aylar nə edəcəyimi bilmirdim. Hesab edirdim ki, özümdən öncəki mütəxəssislərin mənə ötürdüyü vəzifə və imkanları puç etmişəm. Mən David Packard və Bob Noyce-la görüşdüm və etdiyim səhvlərə görə üzr istədim.

Mən ictimaiyyətin gözündə məğlub bir adam idim və hətta buralardan qaçıb getməyi də düşünürdüm. Ancaq nə isə bir şey məni saxlayırdı - mən hələ də əvvəlki işimi sevirdim. Apple-da heç nə bir az da olsun irəli doğru dəyişmirdi. Mən qovulmuşdum amma hələ də sevirdim o işi. Və yenidən başlamağa qərar verdim.

Ən sərfəli kredit üçün müraciət et

O vaxtlar belə yanaşmırdım, indi isə görürəm ki, Apple-dan qovulmağım indiyə kimi başıma gələn ən yaxşı şeydir. Uğurun ağırlığı yenidən başlayan adamın rahatlığı ilə əvəz olundu: daha da skeptik oldum. Bu həyatımın ən yaradıcı dövrünə başlamaq imkanı yaratdı.

Növbəti beş ildə mən NeXT və Piksar adlı şirkətlər qurdum və gələcəkdə mənim həyat yoldaşım olacaq gözəl bir xanıma vuruldum.

Pixar dünyanın ilk animasiya filmini – Toy Story-ni (Oyuncaq Hekayəsi) hazırladı və bu gün Pixar dünyada ən uğurlu animasiya filmi studiyası hesab olunur. Vəziyyət elə qəribə surətdə dəyişdi ki, Apple NeXT-i satın aldı və mən Apple-a yenidən döndüm. Bizim NeXT- de inkişaf etdirdiyimiz texnologiya bugün Apple-in özəyini təşkil edir. Laurene (Laurin) və mən də birlikdə gözəl həyat qurduq.

Stiv Cobs-Apple direktoru əlində iPadMən əminəm ki, əgər Apple-dan atılmasaydım bunların heç biri baş verməzdi. Bu xoşagəlməz dad verən bir dərman idi, lakin xəstənin buna ehtiyacı var idi. Bəzən həyat bizə daş atır, o da düz başımıza dəyir. Ancaq inamınızı heç vaxt itirməyin.

Mən inanıram ki məni həmişə yoluma davam etməyə vadar edən şey gördüyüm işi sevməyim və buna inanmağım olub. Siz nəyi sevdiyinizi, nəyi etməkdən məmnun olduğunuzu tapmalısız. Sizin gördüyünüz işə olan sevginiz sevdiyiniz insana olan məhəbbətiniz qədər həqiqi olmalıdır.

Sizin işiniz həyatınızın böyük bir qismini təşkil edir və bundan məmnun qalmağın yeganə yolu onun doğruluğuna inanmağınızdır. Və doğru şeyi edib yaxşı bir şey yaratmağın da yeganə yolu işinizi sevməkdir.

Əgər bunu hələ də tapmamısınızsa axtarışa davam edin. Sevmədiyiniz işə özünüzü məhkum etməyin. Siz nə etmək istədiyinizi tapanda qəlbinizdə hiss edəcəksiniz. Və yaxşı münasibətlər kimi illər otdükcə hər şey daha da yaxşı olacaq. Belə ki, istədiyinizi tapana qədər axtarışa davam edin, təslim olmayın.

Mənim üçüncü hekayəm ölüm haqqındadır.

Mən 17 yaşımda belə bir aforizm oxumuşdum: Əgər siz həyatınızın hər gününü son günüymüş kimi yaşasanız yanılmayacağınızdan əmin ola bilərsiniz . Bu mənə çox təsir etmişdi və o gündən sonra düz 33 il hər səhər yuxudan duranda güzgüyə baxıb özümə bu sualı verirdim: Əgər bu gün mənim həyatımın son günü olsaydı planlaşdırdığım işləri görmək istərdimmi?

Cavab isə hər dəfə “XEYR” olanda mən hələ çox yaşayacağıma inanırdım və buna görə də düşünürüm ki, həyatımda dəyişiklik etməliyəm. Haçansa öləcəyimi həmişə xatırlamaq həyatımda ən vacib qərarları verməyimdə həmişə mənə kömək olub.

Çünki hər şey - bütün gözləntilər, qürur, məğlubiyyət qorxusu - bunlar hamısı ölümün kölgəsində yox olub gedir və geriyə yalnız həqiqətən vacib olan şeylər qalır. Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir şey olmadığını anlamağa kömək edir.

Sən onsuzda çilpaqsan. Qəlbinin səsini dinləməmək üçün heç bir səbəb yoxdur.

Təxminən 1 il öncə mənə xərçəng diaqnozu qoyuldu. Səhər səkkizin yarısında mədəaltı vəzimin müayinəsi olundu və şiş müəyyən edildi. Mən heç bilmirdim mədəaltı vəzi nədir.Həkim bunun bir növ sağalmayan xərçəng şişlərindən olduğunu dedi və altı aydan artıq yaşamayacağımı söylədi. Mənə dedi ki evə gedim və münasibətlərimi yoluna qoyum; qısası “ölməyə hazırlaş” deyirdi həkim.

Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi düşündüyüm şeyləri indicə deməliydim, 1-2 ay ərzində. Yəni ki, hər şeyin yaxşı olmağından əmin olmalıydım ki, ailəm üçün də asan olsun. Yəni əlvida söyləməliydim.

Bütün günü bu diaqnoz ilə yaşadım. Axşam boğazımdan aşağı endoskop saldılar və mədəmdən keçib mədəaltı vəzimdəki şişdən iynə vasitəsilə hüceyrə nümunələri götürdülər.

Mən yatmışdım, amma yoldaşım yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkim mikroskopla o hüceyrələrə baxanda ağlamağa başladı; bu mədəaltı vəzi xərçəng şişinin çox xüsusi, nadir bir növü idi və əməliyyatla müalicə edilə bilərdi. Əməliyyat olundum və çox şükür ki indi yaxşıyam.

Bu ölümə ən yaxın olduğum an idi. Ümid edirəm, növbəti onilliklərdə ölumə bundan daha yaxın olmayacağam. Bu hadisəni yaşadığım üçün sizə indi daha əminliklə deyə bilərəm ki, ölüm nəinki biraz faydalı, eyni zamanda sirf intellektual bir anlayış idi.

Heç kəs ölmək istəmir; hətta cənnətə getmək istəyən kəslər belə ölüb buna qovuşmaq istəmir. Lakin bununla belə, ölüm hər birimizin bölüşdüyü talehdir. Bu talehdən heç kəs heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də olmalıdır, çünki ölüm, böyük ehtimal ki, həyatın yeganə və ən yaxşı kəşfidir.

Bu həyatın dəyişmə nöqtəsidir – köhnəni silir ki, yenisi üçün yer açsın. Hal hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək ki, siz də yaşlanacaq və silinəcəksiniz.

Dramatikləşdiriyim üçün üzr istəyirəm, ancaq bu həqiqətdir. Sizin zamanınız məhduddur – bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin. Başqalarının fikirlərinin nəticəsiylə yaranmış doqmaların tələsinə düşməyin.

Başqalarının fikirlərinin, səsinin sizin içinizdəki səsi, intuisiyanızı batırmasına imkan verməyin. İntuisiyanız və hissləriniz artıq sizin həqiqətən kim olmaq istədiyinizi bilir. Qalan hər şey ikinci dərəcəlidir.

Mən cavan olanda “The Whole Earth Catalogue” (“Bütöv Dünya Kataloqu”) adlı möhtəşəm bir jurnal vardı. Bu bizim nəslin İncillərindən biri idi. Yaradıcısı Stuard Brand idi, burdan az aralıda, Menlo parkında hazırlanırdı jurnal.

O, öz zərif toxunuşu ilə həyat verirdi o jurnala. 60-cı illər idi və hələ kompüter erasına çox var idi; hər şey çap maşını, qayçı və köhnə Palaroid fotoaparatları ilə hazırlanırdı.

Bu bir növ kağız üzərində Google idi; əsl Google-dan 35 il öncə. Bu– səliqəli “alətlər” və böyük ideyalarla birlikdə çox idealist idi. Stuard və komandası “The Whole Earth catalogue”-un bir neçə nüsxəsini nəşr etdilər, və dəbdən düşənə yaxın son sayı çıxardılar.

70-ci illərin ortaları idi və sizin yaşda olardım. Jurnalın son nəşrinin arxa səhifəsində səhər tezdən çəkilmiş kənd yolunun şəkli vardı, sizin, əgər macəraya həvəslisinizsə, avtostop edəcəyinizi arzuladığınız yollara bənzəyirdi.

Şəklin altında sözlər vardı: “Ac qalın, axmaq qalın.” Bu, onların əlvida sözləri idi. “Ac qalın, axmaq qalın.” Bunu hər zaman ozümə arzulamışam və indi, sizin buradan məzun olub yeni bir həyata başlamanız münasibətiylə mən eyni şeyi sizə arzulayıram. Ac qalın, axmaq qalın!!

Ən sərfəli krediti almaq üçün müraciət et