"Apple" qiymətlərini aşağı salır | Banco.az

"Apple" qiymətlərini aşağı salır

Bunu səhmləri dəyər itirən şirkətin rəsmisi deyib.

"Qiymətlərin çox baha olduğunun fərqindəyik. Qiymətlərin müəyyən qədər aşağı salınması üçün nə isə edəcəyik". Bu sözləri Hindistanda qatıldığı televiziya proqramında "Apple" şirkətinin baş direktoru Tim Kuk bildirib.

Özünə ünvanlanan "iPhone"ların bahalı olması ilə bağlı sualı cavablandıran Kuk ilk dəfə bu mövzu ətrafında açıq fikir bildirib.

Bu açıqlama "iPhone" qiymətləri haqqında ən məsul şəxsdən gələn çox vacib etiraf olaraq qiymətləndirilib. Bunun ən yaxşı məhsullar satdığını düşünən şirkətin qiymət siyasətini dəyişəcəyinə dair bir işarə olduğu deyilir.

"iPhone" satışları ötən rübdən etibarən 16% aşağı düşüb. Android bazarda öz nüfuzunu artırmağa başladığı halda "iPhone" öz bazar səhmlərini itirir. Bu isə həm də qiymət bahalığı ilə izah edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər satışların aşağı düşməsinin il ərzində də davam edəcəyini proqnozlaşdırırlar. 

"Apple"ın sentyabr ayında təqdimatını keçirəcəyi gözlənilən "iPhone 7" telefonu ilə bağlı iddialar isə səslənməkdə davam edir. İnternetdə şəkilləri yayılan yeni model haqqında qulaqcıq girişinin olmaması haqqında səslənən fikirlər narazılıqla qarşılanıb.

"iPhone7"

Stiv Cobsun 24 avqust 2011 tarixində  "Apple"dan ayrılmasından sonra şirkətin icraçı direktoru Tim Kuk olub. Kuk "Apple"da 1998-ci ildən işləyir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et