“Apple Pay" bu brauzerlərdə əlçatan olacaq | Banco.az

“Apple Pay" bu brauzerlərdə əlçatan olacaq

“İOS 16”nın satışa çıxarılması ilə “Apple Pay” yalnız “Safari” deyil, bütün üçüncü tərəf brauzerlərində istifadə üçün əlçatan olacaq.

Bu barədə "MacRumors" saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, bu funksiyadan artıq “iOS 16 beta 4-“də istifadə oluna bilər. “MacRumors”un müəllifi Stiv Mozer “Apple Pay”in işini “Microsoft Edge” və “Google Chrome”da sınaqdan keçirə bilib. Mozer həmçinin ödəniş xidmətinin ümumiyyətlə üçüncü tərəfin bütün brauzerlərində əlçatan olacağını təklif edib.

“The Verge” nəşri qeyd edib ki, “Reddit” istifadəçiləri “Firefox” brauzerində yeni funksiyanın mövcudluğunu təsdiqləyiblər. Özü də təkcə “iOS 16 beta 4”də deyil, həm də “iOS 16 beta 3” və “iOS 16 beta 2”də də. “Apple”-in dəstəklənən brauzerlərin siyahısını nə vaxt genişləndirməyə başlayacağı barədə məlumat verilmir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et