Apple özünü musiqi sənayesində sınayacaq | Banco.az

Apple özünü musiqi sənayesində sınayacaq

Hər il Apple şirkəti nəhəng press konfrans keçirir. Belə tədbirlərdə şirkətin gələcək planları və iPhone, iPad, və Mac kimi məhsulları haqqında informasiyalar dünya ictimayyətinə açıqlanır.

Bu yaxınlarda şirkətin məhsulları arasına Apple Watch da əlavə olunub.

Şirkət adətən məhsulu tam hazır olmadan bu barədə məlumat vermir. Lakin bu dəfə Apple Watchla bağlı yenilik açıqlanıb. Şirkətin baş vitse-prezidenti Jeff Williams “3-cü hissə aplikasiyalar daha da təkmilləşdiriləcək” deyə keçən ay baş tutan konfransda bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Apple-in Spotify-a cavabı

Bunu şirkətin ən böyük açıqlaması da adlandırmaq olar. Artıq bir neçə aydır ki, şirkətin istifadəçilərə yeni musiqi xidməti təklif edəcəyi ilə bağlı xəbərlər yayılıb. Yeni məhsul təxminən Spotifya bənzəyir. İstifadəçilər yeni məhsuldan ayda 10 dollar ödəməklə faydalana biləcəklər. Bloombergdən verilən məlumata görə yeni məhsul Apple Music adlandırılacaq. Musiqi seçimlərini genişləndirmək üçün artıq bəzi musiqiçilərlə danışıqlara başlanılıb.

Applikasiyanın android versiyası olacağı da gözlənilir.

Şirkət həmçinin, iPhone, iPad, Mac və Apple Watch məhsulları üçün də tətbiq etdiyi yeniliklər barədə açıqlama verib.