"Apple" ofisə qayıdış vaxtını yenidən təxirə saldı | Banco.az

"Apple" ofisə qayıdış vaxtını yenidən təxirə saldı

Tamara Mustafayeva, Banco.az

"Apple" şirkəti işçilərin ofisə qayıdış vaxtını yenidən təxirə salıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Delta ştammı ilə yoluxma sayının artması səbəbindən pandemiyanın gedişatı ilə bağlı narahatlıqların yenidən güclənməsi şirkətlərin məsafədən iş rejimi ilə bağlı planlarının dəyişməsinə səbəb olmaqdadır. ABŞ-ın texnologiya nəhəngi "Apple" da ofisə qayıdış tarixini ən tez gələn ilin yanvar ayına qədər təxirə salıb. Daha əvvəl bu ilin sentyabr ayında işçilərin ofisə qayıtmasını planlaşdıran şirkət bir müddət əvvəl bu tarixi oktyabr ayına keçirmişdi.

Xatırladaq ki, "Apple"la yanaşı digər nəhəng şirkətlər də ofisə qayıdış vaxtını yenidən gecikdirməyə dair müvafiq qərarlar verirlər ki, bunlardan biri də ötən məqalələrimizdən birində xəbər verdiyimiz kimi e-ticarət nəhəngi "Amazon" şirkəti olmuşdu. Belə ki, "Amazon" da işçilərin yenidən ofisdən çalışmağa başlaması üçün ən erkən tarix kimi 2022-ci ilin yanvar ayını nəzərdə tutduqlarını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et