“Apple” “Nvidia” ilə əlaqələri tamamilə kəsmək niyyətindədir | Banco.az

“Apple” “Nvidia” ilə əlaqələri tamamilə kəsmək niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” “Nvidia”dan asılılığı azaltmaq üçün öz süni intellekt sürətləndiricilərini fəal şəkildə inkişaf etdirir.

Banco.az xəbər verir ki, bu barədə “3dnews” məlumat yayıb.

Məlumata görə, şirkət artıq M1 çiplərinə keçərək “Intel” ilə əlaqələri kəsib və indi süni intellekt sürətləndirici bazarının 95%-ə qədərinə nəzarət edən “Nvidia”dan asılılığını azaltmaq istəyir.

“Apple” hazırda bulud operatorları “Amazon” və “Microsoft” vasitəsilə “Nvidia” avadanlıqlarını icarəyə verir, lakin “Broadcom”u süni intellekt sürətləndiricilərinin yaradılmasına cəlb edərək öz inkişaflarına keçməyi planlaşdırır. 

Qeyd edək ki, “Apple” və “Nvidia” arasında münasibətlər həmişə gərgin olub. Hələ 2000-ci illərdə Stiv Cobs “Nvidia”nı “Pixar” texnologiyalarını kopyalamaqda ittiham edib. Daha sonra “Apple” kompüterlərində “Nvidia” qrafik kartlarında yaranan problemlərə görə şirkət AMD-yə keçib və öz çiplərini hazırlamağa başlayıb.