“Apple” neyron şəbəkələrə daxil olmaq üçün istifadəçilərdən ödəniş tələb edəcək | Banco.az

“Apple” neyron şəbəkələrə daxil olmaq üçün istifadəçilərdən ödəniş tələb edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” istifadəçilərdən “Apple Intelligence” xüsusiyyətlərinə daxil olmaq üçün ayda 20 dollara qədər ödəniş tələb edə bilər.

Banco.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Mütəxəssislərin hesab edir ki, müxtəlif “Apple Intelligence” funksiyalarına abunə olmaq ayda 10-20 dollar arasında başa gələ bilər. Beləliklə, “Apple” ötən rübdə 24,2 milyard dollar gəlir gətirən proqram təminatı və abunəlik biznesinin böyüməsini stimullaşdırmaq niyyətindədir.

Bəzi süni intellekt xüsusiyyətlərinin pulsuz ola biləcəyi, bütün seçimlərə giriş üçün isə abunəlik almaq tələb olunacağı gözlənilir. Şirkət həmçinin yeni istifadəçilərə məhdud müddət ərzində bütün funksiyalara giriş təklif edə bilər, bundan sonra onlar “Apple Intelligence”ə daxil olmaq üçün abunə haqqı ödəməli olacaqlar.

“Apple”ın hansı yolu seçəcəyi məlum deyil. Hələlik bəzi “Apple Intelligence”xüsusiyyətləri gözləmə siyahısında olan və iOS 18 beta versiyasını sınaqdan keçirən tərtibatçılar üçün əlçatandır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et