"Apple" iş yerlərinin açılmasına 1 mlrd. dollar xərcləyəcək | Banco.az

"Apple" iş yerlərinin açılmasına 1 mlrd. dollar xərcləyəcək

"Apple" şirkəti ABŞ-da iş yerlərinin artırılması üçün 1 mlrd. dollar sərmayə qoyacaq.

CNBC- yə istinadən verilən məlumata görə, bu məqsədlə korporasiya xüsusi fond yaradıb.

Şirkətin rəhbəri Tim Kuk bildirib ki, şirkət ilk sərmayəsini may ayında reallaşdıracaq: "Əksəriyyət məndən soruşur ki, iş yerlərinin yaradılması şirkətin öhdəliklərinə daxildirmi. Mən isə cavab verirəm ki, şirkətin dəyərləri olmalıdır. Çünki şirkət - insanların toplusudur."

Ən sərfəli kredit üçün müraciət et

"Associated Press" yazır ki, fondun yaradılmasına səbəb "Apple"ın məhsullarının böyük hissəsinin ABŞ-dan kənarda yığılmasına dair şirkətin ünvanına səslənən tənqidlər ola bilər.

Xatırladaq ki, bu il yanvarın ortasında yayılan xəbərlərə görə, Prezident Donald Tramp "Alibaba" iri internet ticarət -meydançasının rəhbəri Cek Ma ilə görüşüb. Görüş zamanı Çin şirkətinin Amerika bazarında genişlənməsi və ölkədə 1 mln. iş yerlərinin açılması müzakirə edilib. 

Mənbə: Report.az