Müəllif - Aida İsaq, Banco.az
“iPhone 15 Pro”nun ən ucuz versiyası min dollardan baha olacaq.
Banco.az xəbər verir ki, bu ABŞ-da “Apple” smartfonlarının qiymətlərinin son 5 ildə ilk dəfə dəyişməsi deməkdir.
Bundan əvvəl “Apple” sonuncu dəfə “iPhone X”in təqdimat ilində qiyməti artırmışdı. Qiymət artımı həm “Pro”, həm də “Pro Max” modellərinə təsir edəcək. “iPhone 15 Pro” və “Pro Max”ın dəqiq qiymətləri barəsində təfərrüatlar açıqlanmasa da, qiymətin ən azı 50 dollar artacağı gözlənilir. Bahalaşmaya səbəb olaraq “Apple”ın əvvəlki smartfonlardan fərqli olaraq daha bahalı komponentlərdən istifadə etməsi göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!