"Apple" "iPhone 14 Pro" ilə çəkilmiş qısametrajlı filmi təqdim edib | Banco.az

"Apple" "iPhone 14 Pro" ilə çəkilmiş qısametrajlı filmi təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“iPhone 14 Pro” ilə çəkilmiş "Fursat" adlı 30 dəqiqəlik qısametrajlı filmin təqdimatı baş tutub.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” ötən ilin sentyabr ayında təqdim etdiyi “iPhone 14” seriyasından olan “iPhone 14 Pro” ilə çəkilmiş 30 dəqiqəlik qısametrajlı filmi yayımlayıb.

“Fursat” adlanan bu qısametrajlı film gələcəyə nəzarət etməyə çalışan və yolda sahib olduğu hər şeyi itirmək riski ilə üzləşən bir insandan bəhs edir.

“YouTube” platformasında yayımlanan 30 dəqiqəlik qısametrajlı filmin rejissor kreslosunda isə hindistanlı rejissor Vişal Bhardvaj əyləşib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et