Müəllif - Aida İsaq, Banco.az
"iPhone 14 Plus”un zəif satışları fonunda “Apple” artıq ən azı iki aydır kimüvafiq modelin istehsalı üçün ekran alışını dayandırıb.
Banco.az xəbər verir ki, məlumata görə, "iPhone 14" seriyasının ən çox satılan modelləri Pro və Pro Max olub. Ötən ilin dekabrında müvafiq modellər üçün hazırlanan ekranlar ümumilikdə alınan hissələrin 75%-ni, yanvarda isə 80%-ni təşkil edib. Ekspertlərin qənaətinə görə, fevral ayında “Apple” “iPhone 14 Plus” üçün ekranların alışını bərpa edəcək. Lakin bu model hissələrin 5%-dən çoxunu təşkil etməyəcək.
Bundan başqa, “Apple”in “iPhone 14 Plus”un zəif satışlarına baxmayaraq, 2023-cü ildə “iPhone 15 Plus”un təqdimatından imtina etmək niyyətində olmadığı qeyd olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!