Apple iOS cihazları tətbiqində 3D şəhər xəritələrini təqdim edib | Banco.az

Apple iOS cihazları tətbiqində 3D şəhər xəritələrini təqdim edib

"Apple" "iOS 15" ilə işləyən cihazların istifadəçilərinə dünyanın ən böyük şəhərlərini 3D formatında görməyə imkan verən Maps tətbiqi kimi yeniləmə təqdim edib.

Bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.

"Apple Maps" ticarət bölgələrinin, limanların, binaların və daha çox yerlərın xırda detallara qədər təsvirini verən 3D xəritələri ilə şəhərləri naviqasiyada izləmək üçün yeni vasitə təqdim edir", - məlumatda bildirilir.

Tətbiqdə London, Los Anjeles, Nyu York və San Fransiskonun üçölçülü xəritələri artıq mövcuddur. Yaxın gələcəkdə bura Filadelfia, San Dieqo və Vaşinqtonun xəritələri əlavə ediləcək. Monreal, Toronto və Vankuver gələn il siyahıda yer ala bilərlər.

Açıqlamada yeniləmədə velosiped marşrutları, sürətə nəzarət kameraları və qəza xəbərlərinin əlavə edildiyi deyilir. Bundan əlavə, istifadəçilər istədiyi mağaza və ya restoranın yerini və iş saatlarını göstərən hava limanlarının və ticarət mərkəzlərinin xəritələrini də aça biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et