“Apple” İndoneziya hökumətinə milyonlarla dollar təklif etdi | Banco.az

“Apple” İndoneziya hökumətinə milyonlarla dollar təklif etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Apple” şirkəti İndoneziya hökumətinə “iPhone 16”nın satışına qoyulan qadağanı aradan qaldırmaq üçün ölkə iqtisadiyyatına əlavə vəsait yatırmağı təklif edib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Apple”ın vəsaitlərinin – azı 10 milyon dolların, xüsusən Bandunqda “Apple” smartfonları üçün aksesuar və komponentlər istehsal edəcək zavoda yatırılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, Amerika korporasiyaları “Google” və “Apple” komponentlərin milli uyğunluq sertifikatının tələblərini yerinə yetirənə qədər ticarət məhdudiyyətləri qalacaq.

Öz növbəsində İndoneziyanın sənaye naziri Agus Qumivanq Kartasasmita bildirib ki, “Apple” ölkədə  “iPhone 16” satmaq üçün lisenziya almağa ümumi məbləği 1,71 trilyon rupi (təxminən 109 milyon dollar) olan 240 milyard İndoneziya rupisi (təxminən 15,3 milyon dollar) məbləğində qalan investisiya öhdəliklərini yerinə yetirməlidir.