Apple-ın səhmləri, şirkətin 2019-cu ilin ilk rübü üçün satış gəliri gözləntisini, daha əvvəl açıqlanan 89 - 93 milyard dollar aralığından 84 milyard dollara salması ilə əlaqədar olaraq təxminən 10 faiz ucuzlaşıb. Şirkətin açıqlamasına görə, 10%-lik ucuzlaşma 50 milyard dollardan artıq dəyər itkisinə qarşılıqdır.
Apple-ın İcraçı direktoru Tim Kuk iPhone satışlarının azaldığını açıqlayıb və buna səbəb kimi ABŞ və Çin arasında gedən ticarət gərginliyini, Çin iqtisadiyyatında zəifləməni göstərmişdi.
Marja