Apple-ın 2021-dəki ilk təqdimat mərasiminin tarixi AÇIQLANDI | Banco.az

Apple-ın 2021-dəki ilk təqdimat mərasiminin tarixi AÇIQLANDI

Tamara  Mustafayeva, Banco.az

Texnologiya nəhəngi Apple firmasının bir qayda olaraq yeni məhsullarını təqdim etdiyi tədbirlərin tarixi adətən sirr kimi saxlanılır. Şirkətin 2021-ci ildə baş tutacaq ilk təqdimat mərasiminin tarixi isə dünən jurnalistlər üçün təşkil edilmiş tədbirdə elan edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin bu ilki ilk təqdimat mərasimi 20 aprel tarixində Bakı vaxtı ilə 21:00-da baş tutacaq. Pandemiya səbəbilə bu tədbir də əslində "Apple Park"da həyata keçiriləsi olsa da, sadəcə virtual olaraq yayımlanacaq.

Şirkət açıqlamasında, "Bahar gəlib...Apple Park-da keçiriləcək xüsusi tədbirdə siz də bizə qoşulun. Apple.com-dan onlayn izləyə bilərsiniz", deyə bildirib.

Qeyd edək ki, Bloomberg nəşrinin yaydığı xəbərə görə, sözügedən təqdimat mərasimində Apple yeni iPad modelini tanıdacaq. 12.9 düym ekranlı yeni iPad Pro-nun təqdim edilməsiylə Apple-ın yeni mini LED ekran texnologiyası da ortaya çıxacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et