"Apple" ilk kompüteri satışa çıxarılıb (FOTO) | Banco.az

"Apple" ilk kompüteri satışa çıxarılıb (FOTO)

“Apple” şirkətinin ilk kompüterlərindən biri Nyu-Yorkda hərraca çıxarılıb.

Stiv Cobs tərəfindən şəxsən satılmış kompüter “Christie's” hərrac evində satışa çıxarılıb.

“Christie's” şirkətinin nümayəndələri bildirirlər ki, bu kampyuter indiyədək qalmış tək nümünədir. Lotun qiymət dəyəri 500-dən 600 min dollara qədər dəyişilir.

Kompüterin satışı üzrə saziş 1976-cı ildə Apple şirkətinin banisi tərəfindən onun ailəsinə aid olan qarajda həyata keçirilib. Cobsun o vaxt 21 yaşı olub.Kompyuter şirkətin həmtəsisçisi Stiv Voznyak tərəfindən istehsal edilib. Tərəfdarların dəstəyi ilə o vaxtı 50 belə qurğu yığılıb.

Kampyuterin satışı isə dekabrın 11-nə planlaşdırılıb.


Ən sərfəli kredit üçün müraciət et

Mənbə
ANSPRESS
 

Ən sərfəli krediti almaq üçün müraciət et