“Apple” Hindistandakı gəlirlərini 8 milyard dollara çatdırıb | Banco.az

“Apple” Hindistandakı gəlirlərini 8 milyard dollara çatdırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerika texnologiya korporasiyası “Apple”ın Hindistandakı gəlirləri təxminən 33% artaraq 8 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, “Apple” öz hesabatında ölkələr üzrə satış məlumatlarını açıqlamasa da, onu yerli hakimiyyət orqanlarına təqdim etməlidir.

Məlumata görə, “Apple”ın Hindistandakı gəlirinin yarıdan çoxu smartfon satışından əldə olunub. Bu, şirkət üçün müsbət əlamətdir, çünki o, daha ucuz Çin brendlərindən dünyanın ən sıx məskunlaşdığı ölkədə bazar payı qazanmağa çalışır.

Qeyd olunur ki, Hindistanda təxminən 690 milyon smartfon istifadə olunur və “Apple” istifadəçilərin sayı təqribən 3,5%-ə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

“Apple” səhmləri bazar əvvəli ticarətdə 2,1% bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et