Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple”ın Hindistandakı ilk mağazasının loqosu digər “Apple Store”lardan fərqli dizaynda olacaq.
Banco.az xəbər verir ki, uzun müddətdir ki, Cənubi Asiya regionunda effektivliyini artırmağı hədəfləyən ABŞ-ın texnologiya nəhəngi “Apple” Hindistanın Mumbay şəhərində ilk mağazasını açmağa hazırlaşır.
Olduqca müasir görünüşə sahib olan yeni mağazada ən çox diqqət çəkən məqam isə mağazanın üzərindəki “Apple” loqosudur.
Mumbaydakı mağazanın yenidən dizayn edilmiş loqosu xüsusilə rəngli dizaynı ilə digər “Apple Store”lardan seçilir.
Bizi sosial şəbəkələrdən izləyin!!