Apple ən bahalı şirkət statusunu yenidən özünə qaytardı | Banco.az

Apple ən bahalı şirkət statusunu yenidən özünə qaytardı

Şirkətin kapitalı 1,18 trilyon dollar təşkil edir.

“Apple” şirkəti bazar kapitallaşması 1 trilyon dollar həddinə çatmış ilk şirkət olub. Daha sonra isə “Amazon” və “Microsoft” eyni səviyyəyə çatıb və liderlik yarışı başlayıb.

Uzun müddət ikinci və ya üçüncü yerlə kifayətlənən “Apple” bu yaxınlarda yenidən liderliyi ələ alıb. Son zamanlar “Apple”nin səhmləri durmadan artır və indi şirkət az qala hər gün yeni rekorda imza atır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda şirkətin səhmləri təxminən 266 dollar səviyyəsində qiymətləndirilir, kapitallaşma isə 1,18 trilyon dollar təşkil edir.

“Microsoft”un kapitallaşdırılması isə 1,14 trilyon dollara bərabərdir və bu şirkət də son vaxtlar etibarlı artım nümayiş etdirir.

“Amazon” və “Alphabet” isə əhəmiyyətli dərəcədə geridə qalıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et