“Apple” dünyanın ən dəyərli brendi oldu | Banco.az

“Apple” dünyanın ən dəyərli brendi oldu

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” ardıcıl olaraq ikinci il dünyanın ən dəyərli brendi olub.

Banco.az xəbər verir ki, bu barədə illik “Brand Finance Global 500” araşdırmasında deyilir.

“Apple” brendinin dəyəri il ərzində 11% artaraq 574,5 milyard dollara çatıb.

Reytinqdə ikinci yeri yenə də 35% (461,1 milyard dollara qədər) artım nümayiş etdirən “Microsoft”, üçüncü yeri “Google” (+24%, 413 milyard dollar), dördüncü yeri isə “Amazon” (+15%, 356,4 milyard dollar) tutub.

Ən sərfəli kredit üçün müraciət et

“Walmart” brendi altıncı yerdən beşinci yerə yüksəlib - onun dəyəri 42% artaraq 137,2 milyard dollara çatıb.

Ən dəyərli brendlər onluğuna həmçinin “Samsung” (110,6 milyard dollar), “TikTok” (105,8 milyard dollar), “Facebook” (91,5 milyard dollar), “Nvidia” (87,9 milyard dollar) və “State Grid Corporation of China” (85,6 milyard dollar) daxildir. 

Qeyd olunur ki, “Nvidia” brendinin dəyəri bir il ərzində təxminən iki dəfə artıb.