Apple dünyanın ən bahalı brendidir | Banco.az

Apple dünyanın ən bahalı brendidir

Gəliri 13 faiz azalsa da ABŞ nəhəngi liderliyini qoruyur.

"Apple" yenidən dünyanın ən bahalı brendi seçilib. Amerikalı korporasiya “Forbes” jurnalının reytinqində ilk yeri tutub.

ANS PRESS-in “bbc.com”a istinadən verdiyi məlumata görə, "Apple"-ın bazar dəyəri 154 milyar dollardan artıq hesablanıb. Reytinqin ikinci pilləsində 82,5 milyard dollarlıq dəyərilə "Google" korporasiyası qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq "Microsft" (72,5 milyard dollar), "Coca-Cola" (58,5 milyard) və "Facebook" (52,6 milyard dollar) brendləri tutub.

“Forbes” qeyd edir ki, "Apple" son vaxtlarda iqtisadi çətinliklərlə və gəlirinin 13 faiz azalmasına baxmayaraq reytinqdə liderdir. Mütəxəssislər gəlirin azalmasını “iPhone” məhsullarının daha az satılmasıyla əlaqələndirib.

Ən sərfəli kredit üçün müraciət et

"Apple" ən yaxın izləyicisindən az qala iki dəfə daha artıq dəyərə malikdir.

Pensilvaniya Universitetinin Marketinq və Brendinq sahələri üzrə professor Devid Reybsteyn buna fikir bildirib. Professor bildirib ki, brendlərin dəyər qazanmağı birbaşa istifadəçilərin onlara hansı münasibəti göstərdiyindən asılıdır. Əgər məhsul həqiqətən dəyərlidirsə, alıcı ona görə istənilən məbləği ödəməyə hazırdır.

Artıq digər brendlərin bazar gücün “Apple” ilə müqayisə edirlər. Son vaxtlarda "iPhone" modellərinin "Samsunq" smartfonlarıyla eyni yerlərdə adının hallanması buna sübutdur. Rəqib şirkətləri tez-tez məhkəmə çəkişmələrində görmək mümkündür. Bunlara baxmayaraq “Apple”-in liderliyi danılmazdır.

Ən sərfəli krediti almaq üçün müraciət et