Müəllif:Mehin Qasımova/Banco.az
Bazar araşdırması şirkəti IDC-nin məlumatlarına görə, "Apple" 2023-cü ildə dünyanın ən böyük smartfon istehsalçısı olaraq Samsung-u keçib.
Banco.az xəbər verir ki, "Apple" 2010-cu ildən bəri ilk dəfə smartfon satışında Samsung-u ötüb. Sözügedən dövrdə smartfon bazarı 3,2% azalaraq 1,17 milyard ədədə düşüb.
"Samsung" sərfəli büdcəli modellərdən tutmuş bahalı premium qatlana bilən modellərə qədər onlarla smartfon satır. Bu müxtəliflik və qiymət diapazonu sayəsində "Samsung" 2010-cu ildən bəri hər il ən yüksək bazar payına malik istehsalçı olub. Lakin 2023-cü ildə vəziyyət dəyişdi. "Apple" qlobal smartfon satışlarında bazar payına görə Samsung-u qabaqlayıb.Şirkət tədarükləri 226,3 milyon ədəddən 234,6 milyon ədədə qədər artırıb."Apple" 20,1 faiz, "Samsung" 19,4 faiz, "Xiaomi" isə 12,5 faiz bazar payına sahib olub.
Bizi sosial şəbəkələrdən izləyin!!