Müəllif - Aida İsaq, Banco.az
Banco.az xəbər verir ki, “Apple” bir çox böyük texnoloji şirkətlər kimi, öz cihazlarının istehsalını Çin təchizatçılarına həvalə edirdi. Lakin, keçən il “iPhone” istehsalında yaranan problemlər və Çinin koronavirusa görə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən tədarüklərin azalması şirkəti mövqeyini dəyişməyə məcbur etdi. Şirkətin hazırda bu istiqamətdə bir çox addımlar atmağa çalışaraq, sifariş ərazisini şaxələndirməyi hədəflədiyi bildirilir.
Analitik Ming-Chi Kuonun sözlərinə görə, Tayvanda yerləşən “AOET” şirkəti bu ilin ikinci yarısından etibarən iPad planşetlərinin kameraları üçün optik modulların tədarükünə başlayacaq. Tayvan şirkəti hazırda “Mac” üçün optik modulların ən böyük təchizatçısıdır. Analitikin fikrincə, “AOET” əvvəllər “iPad” və “iPhone”nun komponentlərinin tədarükü üçün sifarişlər alan “Sunny Optical”ı əvəz edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!