Müəllif: Aida İsaq, Banco.az
"Apple" 2024-cü ildə daha böyük ekranlı "Watch X", "SE" və "Ultra" saatlarını təqdim etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, məlumata görə "Watch Series X" iki ölçüdə 1,89 və 2,04 düymlük ekrana malik olacaq. Bu isə hazırkı "Apple Watch Series 8"dən 5-10% böyükdür. Eyni zamanda, müvafiq modelin adının gələcəkdə dəyişə biləcəyi bildirilir.
Üçüncü nəsil "Apple Watch SE" modelinin isə 41 mm və 45 mm-də hazırkı "Series 8" xəttinə oxşar ölçülər alacağı məlum olub. Bundan başqa, modellərin təqdimatına qədər bir çox dəyişikliklərin olması istisna edilmir.
Bizi sosial şəbəkələrdən izləyin!!