Apple 15.3 milyard dollar vergi borcunu ödəyib | Banco.az

Apple 15.3 milyard dollar vergi borcunu ödəyib

"Apple" şirkəti Avropa Komissiyasının tələb etdiyi verginin hamısını ödəyib.
 

Avropa Birliyi Komissiyası; 2016-ci ildə, ətraflı araşdırmalardan sonra "Apple"ın vergi qanunlarına tabe olmadığı səbəbilə İrlandiya dövlətinə 14.5 milyard dollarlıq ödəniş etməsi barədə hökm vermişdi. Avropa İttifaqı Ticarət Komissiyasına görə, ABŞ-ın texnologiya nəhəngi, İrlandiya büdcəsinə, satışlarının 0.005%-i kimi simvolik səviyyədə bir vergi ödəmişdir.
 

2020-ci İLƏ QƏDƏR TOXUNA BİLMƏYƏCƏK
 

Avropa Komissiyasında, "Apple" ilə İrlandiya hökuməti arasında illərdir davam edən bu vergi məsələsinə dair cinayət işi başlanmış və "Apple"ın Avropadakı əməliyyatlarına uyğun vergi ödəmədiyinə qərar verilmişdi.
 

Ən sərfəli kredit üçün müraciət et

"Apple", Avropa İttifaqının vergi qanunlarına riayət etməməsi səbəbindən 1.4 milyard dolları faizi olmaqla  İrlandiya dövlətinə ümumilikdə 15.3 milyard dollarlıq ödəniş həyata keçirib. Sözügedən ödəmə İrlandiya hökumətinin "kassasına" girsə də, kassasiya məhkəməsinə qədər istifadə edilməyəcək. Kassasiya məhkəməsinin isə 2020-ci ildə başa çatması gözlənilir.
 

Bu müddət başa çatana qədər hesabdakı pul "Amundi", "Blackrock" və "Goldman Sachs" tərəfindən idarə ediləcək. Həmin investisiya şirkətləri, məhkəmə yekun qərarını verənə qədər 15 milyard dollarlıq bu məbləğ ilə aşağı riskli investisiyalar edəcəklər. Bu investisiyalar görə hər hansı bir zərər ortaya çıxarsa, yaranan zərəri İrlandiya hökuməti ödəyəcək.

marja.az