“App Store” ekosistemində satışlar 1,4 trilyon dolları ötüb | Banco.az

“App Store” ekosistemində satışlar 1,4 trilyon dolları ötüb

Müəllif:Mehin Qasımova,Banco.az

"Apple" şirkəti  "App Store" ekosisteminin illik maliyyə hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki,  hesabatına əsasən,  "App Store" vasitəsilə həyata keçirilən ümumi biznes və satış həcmi 1,4 trilyon dolları ötüb. 

Bu, əvvəlki ilin 1,3 trilyon dollarlıq göstəricisi ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Son illər platformanın auditoriyası da rekord səviyyəyə çatıb. Hazırda dünyanın 175 ölkəsindən təxminən 850 milyon istifadəçi hər həftə App Store-u ziyarət edir.

Bu dövrdə platformanın satış həcmi Çində iki dəfədən çox, ABŞ və Avropa bazarlarında isə üç dəfədən çox artıb.