Müəllif - Eldar Kərimov- Banco.az
İnvestisiya şirkəti "Apollo Global Management" daşınmaz əmlak sahəsində investisiyalara ixtisaslaşmış "Bridge Investment Group"u 1,5 milyard dollara satın alacaq.
"Apollo"nun mətbuat relizində qeyd edildiyi kimi, "Bridge"in səhm sahibləri hər bir səhmləri üçün 0,07081 "Apollo" səhmi alacaqlar. Şirkətlər bu səhmləri hər biri 11,5 dollar dəyərində qiymətləndirib ki, bu da cümə günü ticarət bağlanışında 7,92 dollar olan qiymətdən yüksəkdir.
"Bridge"in direktorlar şurası sövdələşməni dəstəkləyib və səhmdarlara onu təsdiqləməyi tövsiyə edib.
Bütün zəruri icazələrin alınması və "Bridge"in səhmdarlarının yığıncağında təsdiqlənməsi şərti ilə sövdələşmənin cari ilin üçüncü rübündə bağlanacağı gözlənilir.
Sövdələşmə tamamlandıqdan sonra "Bridge", "Apollo"nun aktivlərin idarə edilməsi strukturunda müstəqil platforma kimi fəaliyyət göstərəcək və özəl şirkətə çevriləcək. Onun səhmləri Nyu-York Fond Birjasından (NYSE) çıxarılacaq.
"Bridge Investment Group"un səhmləri Nyu-Yorkda ilkin ticarətdə 33,5% bahalaşır. Son üç ayda şirkətin kapitallaşması 19,4% azalaraq 2 milyard dollara düşüb.
"Apollo Global Management"in səhmləri isə 1,6% qiymət qazanır. Şirkətin bazar dəyəri son üç ayda 13,8% azalaraq 85,2 milyard dollara enib.