APİ: Ötən həftə ABŞ-da neft ehtiyatları proqnozdan çox artıb | Banco.az

APİ: Ötən həftə ABŞ-da neft ehtiyatları proqnozdan çox artıb

ABŞ-da xam neft ehtiyatları 14-20 yanvar həftəsində proqnozu 17% üstələyərək 2,5 mln. barelin əvəzində 2,93 mln. barel artıb. "Forexpf.ru" saytına istinadən xəbər verilir ki, bu məlumatı Amerika Neft İnstitutu (APİ) yayıb. 

APİ-nin hesabatına görə, ABŞ-ın əsas neft terminalı olan Kuşinqdə benzin ehtiyatları isə 0,5 mln. barel gözlənilən azalmanın əksinə 0,145 mln. barel azalıb. Xatırladaq ki, APİ-nin hesabatı bu gün, yanvarın 25-də ABŞ Energetika Nazirliyiyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanacaq rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur.

Ən sərfəli kredit üçün müraciət et

EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 2,5 mln. barel artmalı, Kuşinqdəki ehtiyatlar 0,5 mln. barel azalmalı, benzin ehtiyatları 1 mln. barel artmalı, distillat ehtiyatları isə 1 mln. barel azalmalıdır.

Qeyd edək ki, APİ-nin hesabatı dünən, yanvarın 24-də "Brent" markalı neftin qiymətinin 1,4% azalaraq 55,07 dollar/barelə qədər geriləməsinə səbəb olub. "Report"un analitik qrupu bildirir ki, bu gün açıqlanması gözlənilən EİA hesabatı və yanvarın 27-də "Baker Hughes" şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et