Aparıcı mərkəzi bankların mart ayı faiz qərarı necə oldu? | Banco.az

Aparıcı mərkəzi bankların mart ayı faiz qərarı necə oldu?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyada inflyasiya ilə mübarizə davam edərkən, bəzi böyük mərkəzi banklar, xüsusilə də ABŞ Federal Ehtiyat Sistemi (FED) mart ayında pul siyasətlərini dəyişməyib.

Banco.az xəbər verir ki, dünya üzrə ABŞ-nin proteksionist ticarət mövqeyinin təsirləri ilə bağlı qeyri-müəyyənliklərlə yanaşı, inflyasiya və resessiya dilemması da iqtisadiyyatların əsas gündəm mövzularından biri olaraq qalır.

Mərkəzi banklar inflyasiya ilə mübarizəni davam etdirərkən, xüsusilə dəyişə biləcək ticarət strategiyaları da daxil olmaqla qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin təsiri ilə ehtiyatlı davranmağa davam edirlər.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-nin proteksionist ticarət siyasətinin inflyasiya təzyiqlərini gücləndirə biləcəyi və iqtisadi artıma mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar digər böyük iqtisadiyyatların qərarlarına təsir edir.

Mart ayında ABŞ Federal Ehtiyat Sistemi (Fed), İngiltərə Mərkəzi Bankı (BoE), Yaponiya Mərkəzi Bankı (BoJ), Rusiya Mərkəzi Bankı (CBR), Çexiya Mərkəzi Bankı, Macarıstan Mərkəzi Bankı (MNB), Polşa Mərkəzi Bankı, İsveç Mərkəzi Bankı (Riksbank) və Norveç Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb.

Kanada Mərkəzi Bankı (BoC), İsveçrə Mərkəzi Bankı (SNB) və Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) isə faiz endirimi həyata keçirib.

Fed mart ayında gözləntilərə uyğun olaraq baza faiz dərəcəsini dəyişməyərək 4,25-4,50% aralığında sabit saxlayıb.

Bankın federal fond dərəcəsi ilə bağlı proqnozlarını dəyişməməsi bu il iki dəfə faiz endirimi ehtimalının hələ də qüvvədə olduğunu göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram