Antalya turizmində rekord | Banco.az

Antalya turizmində rekord

Antalyanın tarixində ilk dəfə qəbul etdiyi turistlərin sayı 14 milyonu keçib.

Türkiyə Mədəniyyət və Turizm Rayon İdarəsinin məlumatlarına görə, Antalya və Gazipaşa hava limanlarına enən turistlərin sayı 15 Oktyabrda 14 milyon 54 min 887 nəfərə çatıb. 

2018-ci ildə 13 milyon 642 min turist qəbul edərək rekord qıran Antalya, bu ili də yeni rekordla bağlamağa hazırlaşır. Ötən ilin 9,5 ayında 12 milyon 58 min turistin gəldiyi Antalyaya, bu ilin eyni dövrdə 14 milyon turist səfər edib. Tarixində ilk dəfə gələn turist sayında 14 milyonu aşan şəhər, bu il üçün təyin olunan 16 milyon turist hədəfinə də addım-addım yaxınlaşır.

193 ölkədən şəhərə gələn turistlərin milliyyətinə görə, ilk yerdə ruslardır. 1 Yanvar - 15 Oktyabr tarixləri arasında Rusiyadan gələn turistlərin sayı ötən illə müqayisədə 15 faiz artımla 5 milyon 171 minə çatıb.

Ən çox turistin gəldiyi ikinci ölkə Almaniya olub. Almaniyadan gələn turistlərin sayı 16% artaraq 2 milyon 347 min nəfər təşkil edib. 

Həmçinin Antalya Ukraynadan 776 min, İngiltərədən də 656 min, Polşadan 516 min, Hollandiyadan 397 min turisti qəbul edib. 

Marja