Antalya turist sayında rekord vurdu - RƏQƏMLƏR | Banco.az

Antalya turist sayında rekord vurdu - RƏQƏMLƏR

Dünyanın ən çox turist qəbul edən bölgələrindən olan Türkiyənin Antalya şəhərinə bu ilin 11 ayı ərzində 15 milyondan çox xarici ölkə vətəndaş gəlib.

Bu barədə Antalya Mədəniyyət və Turizm Müdirliyindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici şəhərə gələn turist sayına görə rekord rəqəmdir. Belə ki, ötən ilin eyni dövrü ərzində şəhəri təxminən 14 milyondan çox xarici vətəndaş ziyarət edib.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın 193 ölkəsindən Antalyaya gələn turistlərin əksəriyyəti Rusiya vətəndaşıdır. Ötən il ilə müqayisədə şəhərə gələn rus turistlərin sayı 16 faiz artıb.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et