Ani ödəniş sistemi Azərbaycanda nə kimi yeniliyə səbəb olacaq? | Banco.az

Ani ödəniş sistemi Azərbaycanda nə kimi yeniliyə səbəb olacaq?

““2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi kimi bir sıra prioritet hədəflər müəyyən edilmişdir.Bu prioritet hədəflərin icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 24/7/365 rejimli ani ödəniş sisteminin istismara verilməsi, məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi, QR-kod əsaslı ödənişlərin aparılması, təsərrüfat subyektlərində ənənəvi qyadada istifadə edilən POS-terminallarla yanaşı mobil telefonlardan ödəniş terminalı olaraq istifadə edilməsi (mPOS), elektron pulun ödəniş aləti olaraq tətbiqi və digər layihələrin icrası nəzərdə tutulub”.

Bunu açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvü Tamerlan Rüstəmov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Tamerlan Rüstəmov bildirib ki, ani ödəniş sisteminin istismara verilməsi ilə ölkədəki bir sıra infrastruktur sistemə inteqrasiya olunacaq: “Bunlara ödəniş sistemləri və kart infrastrukturu, banklar və ödəniş xidməti təchizatçılarının daxili sistemləri, əhali ilə kütləvi hesablaşmaların nəzərdə tutulduğu alış-veriş məkanlarında quraşdırılmış kassa aparatları, idarəedici operatorlar və digər kütləvi ödənişlərin qəbul olunduğu subyektlər daxildir. Qabaqcıl maliyyə bazarlarına malik ölkələrdə artıq istismara veirlən bu ödəniş sistemi fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında rəqəmsal ödəniş əməliyyatlarının 24/7/365 rejimində aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək”.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et