Angela Merkel Fəxri Xidmət Mükafatı ilə təltif edilib | Banco.az

Angela Merkel Fəxri Xidmət Mükafatı ilə təltif edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Angela Merkelə Böyük Xaç ordeni verilib.

Banco.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Almaniyanın ən yüksək xidmət mükafatı olan “Xidmətlərə görə” Böyük Xaç ordeni ilə təltif edilib.

Bellevue sarayında keçirilən mərasimdə prezident Frank-Valter Ştaynmayer Merkelə Almaniya Federativ Respublikasının xüsusi hazırlanmış “Xidmətlərə görə” Böyük Xaç ordenini təqdim edib.

Prezident Ştaynmayer buradakı çıxışında Angela Merkelə verilən Böyük Xaçın “xüsusi variantı”nın müstəsna xarakter daşıdığını dilə gətirib.

Merkelin ABŞ-ın Avropada həlledici həmsöhbəti olduğuna diqqət çəkən Ştaynmayer hətta Corc Buş və Barak Obamanın çətin anlarda Merkeli Qərb dünyasının lideri kimi təriflədiklərini, Merkelin Donald Tramp dövründə isə dialoqda qalmağı bacardığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et