“Amrahbank”ın daşınar əmlakları hərraca çıxarılacaq | Banco.az

“Amrahbank”ın daşınar əmlakları hərraca çıxarılacaq

Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə 28 dekabr 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.

28 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır. 

Daşınar əmlaklar 45 adda müxtəlif növ komputer avadanlıqlarıdır.

Daşınar əmlakların ilkin satış qiyməti 14146 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ən sərfəli kredit üçün müraciət et

Ünvan Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir (“AVİS” aptekin arxası). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et