​"Amrahbank"a qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başa çatıb | Banco.az

​"Amrahbank"a qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başa çatıb

Bakı Apellyasiya Məhkəməsində "Uni-İnfo Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Amrahbank" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

Banco.az "Report"a istinadən xəbər verir ki,  hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin bankın xeyirinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. MMC-nin iddiası təmin edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu il "Uni-İnfo Holding" "Amrahbank"ı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən şirkət qarantiya müqaviləsinin və həmin müqavilənin yerinə yetirilməsi ilə əlaqədar təminat məktubunun ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərarla razılaşmayan "Uni-İnfo Holding" isə apellyasiya şikayəti verib. 

Ən sərfəli krediti almaq üçün müraciət et