“Amrahbank” maliyyə göstəricilərini AÇIQLAYIB | Banco.az

“Amrahbank” maliyyə göstəricilərini AÇIQLAYIB

“Amrahbank” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

30 Sentyabr 2018-ci il tarixində “Amrahbank” 207 milyon 43 min manat cəmi aktivlərə malik olub. Aktivlərin təxminən yarısını - 105 milyon 830 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

31 Dekabr 2017-ci il tarixində “Amrahbank” 204 milyon 770 min manat cəmi aktivlərə, o cümlədən 95 milyon 184 min manat manat kredit portfelinə malik idi. Ötən ilin sonu ilə müqayisədə  “Amrahbank”ın cəmi aktivləri 1,1%, müştərilərə verilmiş kreditlər isə 11,1% artıb.

"Amrahbank"ın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər təxminən 16% artaraq 161 milyon 497 min manata yüksəlib.

Cari ilin 9 ayı ərzində “Amrahbank”ın faiz gəlirləri 5 milyon 982 min manat, haqq və komissiya gəlirləri 2 milyon 987 min manat, xarici valyuta əməliyyatları üzrə xalis gəlirlər 2 milyon 736 min manat, sair gəlirlər 9 337 manat təşkil edib. Bank gəlirlərinin 2 milyon 461 min manatını kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyyatlara ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

“AmrahBank”ın cəmi xərcləri cəmi gəlirlərini üstələdiyindən 9 ayı 10 milyon 283 min manat zərər ilə başa vurub.

30 Sentyabr 2018-ci il tarixində “Amrahbank” 32 milyon 244 min manat cəmi balans kapitalına, 24 milyon 698 min manat məcmu kapitala malik olub.

Marja.az