Amrahbank 2-ci rübü zərərlə başa vurub | Banco.az

Amrahbank 2-ci rübü zərərlə başa vurub

Amrahbankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 22% kiçilib. Bu haqda Banco.az portalı bankın maliyyə göstəricilərinə istinadən məlumat verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə bankın cəmi aktivləri də 10% azalıb.

Bankın əməliyyat göstəricilərində də geriləmə müşahidə olunub. Kreditlər üzrə mümkün zərərlərin ödənməsi üçün ayırılan ehtyalardan sonra, bankın xalis faiz zərəri 49 min 274 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın qeyri faiz gəlirləri 5 milyon manat civarında olsa belə, yekunda əməliyyat xərclərini qarşılamağa kifayət etməyib.

Hesabata əsasən bankın zərəri  2 milyon 335 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% daha çoxdur.