“Amrah Sığorta”nın sədr müavini işdən çıxıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Amrah Sığorta”nın sədr müavini işdən çıxıb

“Amrah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini işdən çıxıb. 

Söhbət Rəşid Salıfovdan gedir. 

Hələ ki, onun yerinə təyinat olmayıb. Qeyd edək ki, R.Salıfov 2012-ci il fevralın 14-dən bu vəzifədə idi. 

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.

Mənbə: Report.az