AMFA və Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb | Banco.az

AMFA və Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb

20 aprel 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Mediasiya Şurası (Şura) arasında dəyirmi masa görüşü keçirilmişdir və görüşün sonunda birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumu AMFA-nın Müşahidə Şurasının Sədri Cəlal Əliyev və Mediasiya Şuranın Sədri Nadir Adilov imzalamışdırlar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsində yaranan mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına tövhə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdən ibarətdir.

İmzalama mərasimində həmçinin Mərkəzi Bank, AMFA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri və AMFA-nın üzv təşkilatlarının səlahiyyətli nümayəndələri də iştirak etmiş, mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə geniş məlumat verilmişdir və verilən suallar cavablandırılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et