AMFA: Banklar və BOKT-lar qadın mütəxəssislərə üstünlük verməlidir | Banco.az

AMFA: Banklar və BOKT-lar qadın mütəxəssislərə üstünlük verməlidir

AMFA: Banklar və BOKT-lar qadın mütəxəssislərə üstünlük verməlidir

"Qadın kredit işçiləri mikromaliyyədə daha çox qadın müştərini biznesə cəlb edərək onların inkişafına daha çox töhfə verə bilərlər". "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.
 
"Biz bu gün müşahidə edirik ki, qadın müştərilərin çox yaxşı ödəniş tarixçələri var, həmçinin xanımlar məsuliyyətli müştəri və əməkdaşdırlar. Qadın kredit işçiləri mikromaliyyədə daha çox qadın müştərini biznesə cəlb edərək onların inkişafına daha çox töhfə verə bilərlər. Yaxşı olardı ki, banklar və bank olmayan kredit təşkilatları işə götürərkən qadın mütəxəssislərə üstünlük versinlər. Bu, qadın sahibkarların və ümumilikdə bütün qadınların inkişafına təkan verər", - deyə S. Kələşov bildirib.
 
AMFA-nın icraçı direktoru Jalə Hacıyeva isə qeyd edib ki, bu ilin 31 yanvar tarixinə olan statistikaya əsasən, Azərbaycanda 685 267,174 min dollar həcmində mikrokredit portfeli olan mikromaliyyə institutları hal-hazırda 115 747-dən çox qadın müştəriyə maliyyə xidmətləri göstərir.

Ən sərfəli kredit üçün müraciət et