Amerikanın maliyyə naziri qlobal iqtisadiyyatın xilas yollarını açıqlayıb | Banco.az

Amerikanın maliyyə naziri qlobal iqtisadiyyatın xilas yollarını açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın maliyyə naziri Janet Yellen hazırda qlobal iqtisadiyyata müsbət təsir göstərəcək məsələlərdən danışıb. 

Banco.az xəbər verir ki, Yellen bu barədə fransalı həmkarı Bruno Le Maire ilə görüşdə məlumat verib. O, Ukraynadakı böhranın başa çatmasını dünya iqtisadiyyatı üçün "ən yaxşı kömək" adlandırıb. Onun fikrincə, münaqişəyə qeyd-şərtsiz son qoyulmalıdır. Yellen hər iki ölkənin Ukraynaya yardımı və Rusiyaya tətbiq olunan sanksiya səylərinə də diqqət çəkib.

“Biz bunu Ukraynaya təhlükəsizlik sahəsində yardım edərək, büdcə dəstəyi və çoxtərəfli sanksiyalar vasitəsilə reallaşdırırıq. Bundan əlavə, biz bir-birimizlə, eləcə də G7-nin qalan üzvləri ilə Rusiya neftinə qiymət limiti tətbiq etmək üçün durmadan işləyirik”.

Amerikalı nazir əlavə edib ki, dekabrın əvvəlində qüvvəyə minəcək sanksiyalar dünya enerji qiymətlərinin aşağı salınması üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bundan əvvəl Yellen xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini təsdiqləmişdi. Eyni zamanda nazir sülh sazişinin imzalandığı təqdirdə sanksiyaların yenidən nəzərdən keçirilməsinin mümkün olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et