Amerikanın əmək bazarında durğunluq müşahidə olunur | Banco.az

Amerikanın əmək bazarında durğunluq müşahidə olunur

Dekabr ayında ABŞ-ın işsizlik səviyyəsində 2008-ci ildən sonra ən aşağı göstərici qeydə alınıb. Belə ki, işsizlik səviyyəsi 6.7%-ə çatıb. Analitiklər dəyişiklik olacağını gözləməsələr də, xoş olmayan sürprizlə qarşılaşmışlar. 3 il ərzində məşğulluq üzrə ən aşağı artım tempinin müşahidə olunması analitikləri məyus etmişdir.

Ekspertlər keçən ay ABŞ-ın özəl sektorunda yeni iş yerlərinin yaradılmasına dair verilən məlumatları əsas götürərək Nazirlik tərəfindən 200 minə yaxın iş yerinin yaradılması istiqamətində tədbir görüləcəyini gözləyirdilər. Təəssüf ki, yaradılan iş yerlərinin sayı 74 minə çatmaqla gözləntiləri qarşılamadı. Ağ Ev isə noyabr ayı üzrə vakant yerlərin sayını 241 minədək artırdı.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlərin bəziləri bütün bu hadisələri tikinti sektorunda yaranan durğunluq nəticəsində meydana gələn və iqtisadiyyata ciddi ziyan vuran anomal soyuqların müvəqqəti nəticəsi hesab edirlər.

Digər qrup ekspertlər isə ABŞ-ın əmək bazarının hələ də öz əvvəlki qüdrətini bərpa etmədiyini və Federal Ehtiyat Sistemi tərəfindən iqtisadiyyatın stimullaşdırılması proqramının tətbiqini davam etdirməyin zəruri olduğunu düşünürlər. ABŞ Mərkəzi Bankının yeni rəhbəri Janet Yellen məşğulluq məsələsini öz siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirmişdir. 

Banco.az / Sevinc İbadova